Tədqiqatın adı: Maliyyə inklüzivliyi və iqtisadi artım arasında əlaqə: Azərbaycan nümunəsi
Nömrə: 03/2023
Müəllif(lər): Zübeydə İmanova
Dil: Azərbaycan dili
Tarix: 2023-cü il
Xülasə:Dünya Bankı maliyyə inklüzivliyini (Mİ) dayanıqlı inkişafı stimullaşdıran amillərdən biri kimi müəyyənləşdirmişdir. Mİ-nin təmin olunması inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın təşviq aləti kimi qəbul edilmişdir. Əvvəlki tədqiqat işlərindən fərqli olaraq bu tədqiqatda maliyyə inklüzivliyi və iqtisadi artım arasındakı əlaqə Azərbaycanda COVID-19 pandemiyasının təsiri nəzərə alınmaqla ekonometrik qiymətləndirmə aparılaraq araşdırılmışdır. Bu məqsədlə bir neçə dəyişənin əsasında PCA metodu ilə qiymətləndirilən çoxölçülü maliyyə inklüzivliyi indeksindən istifadə edilmişdir. Maliyyə inklüzivliyi və iqtisadi artım arasında qısamüddətli və uzunmüddətli əlaqələr ARDL-bound test və ECM yanaşması istifadə olunaraq qiymətləndirilmişdir. Nəticələrə görə Azərbaycanda uzunmüddətli dövrdə iqtisadi artım və maliyyə inklüzivliyi arasında kointeqrasiya əlaqəsi mövcuddur və maliyyə inklüzivliyi adambaşına düşən real qeyri-neft ÜDM-ə artırıcı təsir göstərir. Əldə olunan nəticələr iqtisadi aktivliyin yüksəldilməsi və onun dayanıqlığının dəstəklənməsi baxımından maliyyə inklüzivliyinin mühümlüyünü əks etdirir.
Açar sözlər: maliyyə inklüzivliyi, iqtisadi artım, əsas komponentin təhlili (PCA), avtoreqressiv paylanmış gecikmə (ARDL), Xətaların təshihi modeli (ECM)
JEL təsnifatı: G21, O1, O11