Nömrə: 01/2017
Müəllif(lər): Vüqar Rəhimov, Nigar Cəfərova
Dil: İngilis dili
Tarix: 9 fevral 2017-ci il
Xülasə: Tədqiqat işində Azərbaycanda məzənnə dəyişikliklərinin məcmu inflyasiya və onun alt qələmlərinə ötürücülüyü qiymətləndirilir. 2003RI-2016RII dövrlərini əhatə edən məlumat bazasından istifadə edilərək VAR modeli qiymətləndirilir və məzənnənin əhəmiyyətli, lakin natamam ötürücülüyü müəyyən edilir. Qiymətləndirmələr göstərir ki, Azərbaycanda 1 il ərzində məcmu inflyasiyaya ötürücülük 28%-dir. Empirik qiymətləndirmələrdən çıxan digər nəticəyə görə ən böyük məzənnə ötürücülüyü 42% olmaqla qeyri-ərzaq inflyasiyasında müşahidə olunur. Azərbaycanda məzənnə ötürücülüyü inflyasiya dinamikasının mühüm komponenti olduğu üçün pul siyasəti qərarlarında və inflyasiya proqnozlaşdırılmasında nəzərə alınmalıdır.
Açar sözlər: Məzənnə ötürücülüyü, VAR modeli, inflyasiyanın alt komponentləri
JEL təsnifatı: F31, E31, E52, C51, C52