Nömrə: 07/2016
Müəllif(lər): Vüqar Rəhimov, Şaiq Adigözalov, Fuad Məmmədov
Dil: İngilis
Tarix: 12 Oktyabr 2016-cı il
Xülasə: Bu tədqiqat 2003-2015 illər ərzində Azərbaycanda inflyasiyaya təsir edən əsas amilləri qiymətləndirir. Amilləri təhlil etmək üçün biz rüblük əsasda istehlakçı qiymətləri indeksi, ticarət tərəfdaşı ölkələrinin qiymət indeksi, nominal effektiv məzənnə (NEM), pul kütləsi (M2), real qeyri-neft ümumi daxili məhsul (NGDP) və kredit göstəricilərindən istifadə edərək vektor avtoreqressiya (VAR) modelini tətbiq etmişik. Impulsa cavab və varians dekompozisiyası təhlilləri göstərir ki, inflyasiya gözləntiləri, xarici inflyasiya, məzənnə və fiskal siyasət şokları inflyasiyaya müsbət və əhəmiyyətli təsirə malikdir. Bunlar arasından inflyasiya daha tez inflyasiya gözləntiləri, xarici inflyasiya və monetar şoklara reaksiya bildirir. Ancaq fiskal siyasət şoklarının təsiri bir qədər gec, iki rüb sonra təsir edir. Biz həmçinin, məzənnənin bahalaşmasının deflyasiya təzyiqlərinin yaratdığını müəyyən edə bildik. Tarixi dekompozisiya təhliləri göstərir ki, təklif şokları baxılan dövr ərzində inflyasiyanı izah etməkdə əhəmiyyətli rola sahib deyil.
JEL təsnifatı: E31, E50
Açar sözlər: istehlakçı qiymətləri indeksi, inflyasiya, inflyasiyanın determinantları, tarixi dekompozisiya, inkişaf etməkdə olan ölkə, struktur vektor avtoreqressiya