Nömrə: 04/2016
Müəllif(lər): Cavid Nəbiyev, Kənan Musayev, Leyla Yusifzadə
Dil: İngilis dilində
Tarix: 28 iyun 2016-cı il
Xülasə: Tədqiqat işində MDB ölkələrinin bank sektorunda rəqabət səviyyəsi ilə maliyyə sabitliyi arasında əlaqə qiymətləndirilmişdir. Bank sektorunda rəqabət səviyyəsinin ölçüsü kimi Panzar və Rossun təqdim etdiyi H-statistik göstəricisindən istifadə edilmişdir. Logit ehtimal qiymətləndirmələrinin nəticəsi göstərir ki, MDBölkələrinin bank sektorunda rəqabət səviyyəsi bank böhranlarının baş vermə ehtimalına təsir etmir.
Bununla belə, bir sıra makroiqtisadi və institusional faktorlar maliyyə sabitliyinə təsir edir. Empirik nəticələrə görə, yüksək inflyasiya bank böhranlarının baş vermə ehtimalını artırır. Digər tərəfdən, kredit artımı təhlil edilmiş ölkələrdə bank böhranı ehtimalını azaldır. İstitusional faktorlar da bank böhranının qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir. Belə ki, dövlətin effektivliyi bank böhranı ehtimalını azaldan amillərdəndir.
Açar sözlər: Bank sektorunda rəqabət, konsentrasiya, maliyyə sabitliyi, h-statisik
JEL təsnifatı: G21, D41