Nömrə: 03/2016
Müəllif(lər): Leyla Məmmədova, Aytən Məmmədova, Fuad Məmmədov, Leyla Yusifzadə
Dil: İngilis dilində
Tarix: 11may 2016-cı il
Xülasə: Tədqiqatda Azərbaycanda əmanətçilərin davranışlarınındeterminantları qiymətləndirilmişdir. Qiymətləndirmədə müasir panel dinamik sıralar metodundan istifadə olunmuş və əmanətçilərin makroiqtisadi, alternativ investisiya və bank şoklarına reaksiyası tədqiq edilmişdir. Bu şokların bank sistemi üçün əvvəlcə ekzogen olması və bütün banklara eyni zamanda təsir etməsi nəzərdə tutulmuşdur.Müəyyən olunmuşdur ki, Azərbaycanda əmanət sahiblərinin makroiqtisadi, alternativ investisiya və bank risklərinə reaksiyası dəyişkən olsa da, iqtisadi ədəbiyyatda aşkarlanmış həddən orta hesabla daha həssasdır.Tədqiqat işi 2009-2015-ci ilin iyun ayına qədərki dövrü əhatə edir.
Açar sözlər: əmanətçilərin davranışı; makroiqtisadi risklər; rəsmi valyuta ehtiyatları; daşınmaz əmlak qiymətləri;depozit faiz dərəcələri
JEL təsnifatı: G21, G28, C33