Nömrə: 02/2016
Müəllif(lər): Ramiz Rəhmanov, Asif Qasımov və Gülzar Tahirova
Dil: İngilis dili
Tarix: 5 may 2016-ci il
Xülasə: Məqalədə 1990-2010-cu illər üzrə Azərbaycan əmək bazarı tədqiq edilir. Aparılan tədqiqata görə, ölkənin əmək bazarıgənclər arasında işsizliyin aşağı səviyyəyə malik olması, yüksək çeviklik və “işləyən kasıb”ların payının kəskin azalması ilə xarakterizə olunur. Eyni zamanda,işçi qüvvəsində ibtidai təhsilli şəxslərin yüksək paya malik olması, məşğulluqda muzdsuz işçilərin üstünlük təşkil etməsi və əmək haqqlarının məhsuldarlığa nisbətən sürətlə artımı Azərbaycanın əmək bazarının əsas çağırışları kimi çıxış edir.
Açar sözlər: Əmək bazarı, əmək bazarının çevikliyi, məşğulluq, işsizlik, işçi qüvvəsi
JEL təsnifatı: J21, J63, J65, P23, P31