12 mart 2019-cu il, Bakı: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransa Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə həsr olumuş çoxsaylı görüşlər keçirilmişdir. Birinci vitse-prezidentin vacib görüşlərindən biri də “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə olmuşdur. Qeyd edək ki, “Rothschild Global Financial Advisory” şirkəti 3500 dən çox peşəkar ekspertləri ilə 40-dan çox ölkədə maliyyə məsələhət xidmətləri göstərir.
Görüş zamanı əldə olunmuş razılaşmaya əsasən beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malik olan “Rothschild&Cie” Bankı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında məsləhət xidmətlərinin göstərilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rothschild&Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild Strateji Əməkdaşlıq Müqaviləsi imzalamışlar. İmzalanmış müqaviləyə əsasən 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:
Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaqdır.