Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta bazarının inkişafı və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, həmçinin bu istiqamətdə əhəmiyyətli rola malik, müasir bilik və bacarıq tələblərinə cavab verən aktuarilərin sayının artırılması məqsədilə beynəlxalq səviyyədə təşkil olunan Aktuari inkişaf proqramına qəbulu açıq elan edir.
Proqrama Universitetlərin Aktuari, Sığorta, İqtisad, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları olan 35 yaşınadək şəxslər müracət edə bilərlər.
Nəzəri və təcrübə hissələrdən ibarət 4 hissəli proqram 13 ay davam edəcək. Hər mərhələnin sonunda iştirakçıların imtahan verməsi və uğurlu olduqları təqdirdə növbəti mərhələyə keçməsi nəzərdə tutulur. Mərhələləri uğurla başa vurmuş namizədlərin sığorta şirkətlərində təcrübəyə cəlb olunması təmin ediləcəkdir. Proqramı müvəffəqiyyətlə tamamlayan namizədlərin sığora şirkətlərində işlə təmin olunma imkanları yüksəkdir.
Dərslər Türk Sığorta Enstitüsü Vakfı (TSEV) və yerli mütəxəssis/ekspertlər tərəfindən onlayn və ənənəvi formada keçiriləcəkdir.
Kursun proqramı:
Proqramda iştirak etmək istəyənlər CV-lərini Maliyya_savadliligi@cbar.az elektron ünvanına 31 oktyabr 2022-ci il tarixinədək göndərə bilərlər. E-məktubun Mövzu (Subject) hissəsində Aktuari inkişaf proqramı yazmağınız xahiş olunur. Əlavə məlumat üçün 012 598 3550 nömrəsinə zəng vura bilərsiniz.
Müraciətin son tarixi 31 oktyabr, 2022-ci ildir.
Proqram ödənişsizdir.