24.04.2024-cü il, Bakı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə əsasən verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 22 aprel 2024-cü il tarixli qərarı ilə “Sizin Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 02 oktyabr 2017-ci il tarixli, SB-002 nömrəli lisenziyanın qüvvəsi 1 (bir) ay müddətinə dayandırılmışdır.