1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Kompüter avadanlıqları üçün periferik qurğuların satın alınmasına dair açıq tender keçirir.
2. Təkliflərin açılma proseduru 03 dekabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 03 dekabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların çatdırılması müddəti müddəti: müqavilə imzalandığı tarixindən 20 (iyirmi) iş günü müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Şəhriyar Azər oğlu İmanov
Vəzifəsi: Böyük mütəxəssis
Shahriyar_Imanov@cbar.az
Satınalmalar komissiyası