Təkliflərin cəlb edilməsi barədə elan
- Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzi Bankın inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin satın alınmasına dair açıq tender keçirir.
- Təkliflərin açılma proseduru 29 dekabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
- Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 187,15 (yüz səksən yeddi manat, 15 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
- Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 29 dekabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
- Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
- Xidmətlərin göstərilməsi müddəti: müqavilə imzalandığı tarixindən 1 (bir) il müddətində.
- Qiymətləndirmə meyarı: qiymət amili.
- Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Könül Zakir qızı Əliyeva
Vəzifəsi: Aparıcı mütəxəssis
Konul_Aliyeva@cbar.az
Satınalmalar komissiyası
12.12.2024