1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Korporativ stil və çap məhsullarının açıq tender metodu ilə satın alınmasını keçirir.
2. Təkliflərin açılma proseduru 16 yanvar 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 16 yanvar 2025-ci il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində satınalan təşkilatın tələbata uyğun sifarişləri əsasında 3 (üç) təqvim günü müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Günay Əlihüseyn qızı Əhmədli
Satınalma mütəxəssisi
Gunay_Ahmadli@cbar.az
Satınalmalar komissiyası