Mərkəzi Bank tərəfindən media nümayəndələrinin maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığının artırılmasına töhfə verən təşəbbüslərin həyata keçirilməsi davam etdirilir.
Bu istiqamətdə təşkil olunan növbəti təlim nəzarət orqanları tərəfindən müvafiq prosesləri asanlaşdırmaq və gücləndirmək üçün texnologiyalardan istifadəni nəzərdə tutan nəzarət texnologiyaları (“SupTech”) mövzusuna həsr olunub.
Təlim çərçivəsində “SupTech”in mahiyyəti, tətbiqi zərurəti, nəzarət prosesinə töhfələri, eləcə də tətbiqi zamanı qarşıya çıxan problemlər və effektiv tətbiq üçün tələb olunan yanaşmalara dair məlumat təqdim olunub. Həmçinin bu sahədə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş və tətbiqi planlaşdırılan təşəbbüslər vurğulanıb.
Təlimin gedişatı zamanı media nümayəndələrinin mövzu ilə əlaqəli suallarına da aydınlıq gətirilib.
Təlimin sonunda Mərkəzi Bankın sədri Taleh Kazımov media nümayəndələri ilə görüşüb.