Özbəkistan Respublikası Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət çərçivəsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında səfərdə olub.
Səfər zamanı ÖMB nümayəndə heyəti Mərkəzi Bankda BOKT-lərə nəzarət çərçivəsində yeni qəbul edilmiş qaydalar, biznes modellər, inkişaf dinamikası, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də maliyyə inklüzivliyi üzrə məlumat mübadiləsində iştirak edib.
ÖMB nümayəndə heyətinin Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə görüşü də təşkil olunub. Görüşdə BOKT-lərin bu təşkilatlarla iş prinsipləri və maliyyələşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verilib.