Ziya Zəfər oğlu Əliyev

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son cümə günü/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22 (195)
  • 1977-ci ildə – Masallı rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentində aparıcı iqtisadçı vəzifəsində başlamışdır.
  • 2002-2005-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Monetar siyasəti departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
  • 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankının İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Makroiqtisadi təhlil və inflyasiya icmalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
  • 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar və statistika departamentinin direktor müavini vəzifəsində işləmişdir.
  • 2008-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankının Tədqiqatlar departamentinin direktoru müavini vəzifəsində işləmişdir.
  • 2010-cu ildə ABŞ-ın Villiams Kollecinin İqtisadi İnkişaf Mərkəzində “İqtisadi siyasət” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
  • 2010-2012-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankın Strateji idarəetmə departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2012–cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2013-cü ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. 
  • Ailəlidir, 2 övladı var.